Fənn birləşmələrinin iclasları keçirilib

İkinci yarım ilin başlanması ilə əlaqədar məktəbin fənn birləşmə sədrləri rəhbərlik etdikləri metodbirləşmələrin növbəti iclaslarını çağırıblar. İclaslarda aşağıdakı məsələlər gündəliyə salınıb:

1. Fənlər üzrə diaqnostik qiymətləndirmələrin aparılması

2. Dərslərin müasir standartlar əsasında təşkil edilməsi

3.Həmkarlar arasında işgüzar əməkdaşlıq və təcrübə mübadiləsinın qurulması

4. Müəllimlərin metodik hazırlığının yüksəldilməsi

5. Siniflərdə qarşılıqlı dərsdinləmələrin aparılması və dinlənilmiş dərslərin müzakirəsinin təşkili

Hər bir fənn üzrə ayrı-ayrı təşkil edilmiş iclaslarda məktəb rəhbərliyinin nümayəndələri də iştirak ediblər. Görüşlərdə müəllimlər innovativ fikirlərini və ideyalarını, eləcə də tədrisdə üzləşdikləri problem və çətinlikləri öz həmkarları və məktəb rəhbərliyi ilə müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi