Şagirdlərimiz təltif olunublar
20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr və gənclər arasında keçirilən Klublararası Açıq Birincilikdə məktəbimizin 5 “A” sinif şagirdləri Murad İbrahimov (33 kq-lıq çəki dərəcəsindən) və Fərid Məmmədov (43 kq-lıq çəki dərəcəsindən) iştirak ediblər. Hər iki şagirdimiz birinci yerlərin qalibləri olublar. Onlar diplom və medallarla təltif olunublar.