Sinif rəhbərləri ilə görüş keçirilib

02.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə sinif rəhbərləri ilə məktəb rəhbərliyinin təcili iclası keçirilib. İclasın çağırılma səbəbi ikinci yarım ilin başlanması ilə əlaqədar qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsi, icra olunacaq fəaliyyətlərin planlaşdırılması, valideynlərlə maarifləndirmə işinin artırılması, əməkdaşlığın genişləndirilməsi, sağlam psixoloji mühitin qorunması, bullinqin bütün formalarına qarşı mübarizə tədbirlərinin artırılması, risk qrupuna daxil olan uşaqlarla korreksiyaedici məşğələlərin təşkili və s kimi məsələləri sinif rəhbərləri ilə ətraflı müzakirə etmək olub. İclasda məktəbin direktoru Mehriban Hacıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və məktəbin təşkilatçısı Nigar Süleymanova qeyd edilən nüanslarla bağlı müəllimlərə müvafiq tapşırıqlar və tövsiyələr verib. Eyni zamanda onları maraqlandıran suallara rəhbərlik tərəfindən aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi