Məktəb rəhbərliyinin İntizam Şurası ilə növbədənkənar iclası keçirilib
96 nömrəli tam orta məktəb “Şagird Davranış Qaydaları” adlı çərçivə sənədinin pilot olaraq tətbiq edildiyi məktəblərdən biridir. Bu layihə çərçivəsində məktəbdə İntizam Şurası fəaliyyət göstərir. Məktəbdə şagirdlərin, müəllimlərin və kollektivin digər üzvlərinin özlərini psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etməsi üçün 96 nömrəli tam orta məktəbdə icra olunan “Şagird Davranış Qaydaları” və “Uşaq müdafiəsi və təhkükəsizliyi” kimi pilot layihələrin sosial və psixoloji əhəmiyyəti böyükdür. Lakin, bu layihələrin düzgün mexanizimlə icra edilməsi və effektivliyinin, dinamikasının daim nəzarətdə saxlanılması da əsas amillərdəndir. Məhz bu məqsədlə 01.02.2024-cü il tarixdə məktəbin direktoru Mehriban Hacıyeva məktəb müavinləri və məktəbdə fəaliyyət göstərən İntizam Şurasının üzvləri ilə iclas keçirib. İclada müəllimlər və şagirdlərlə psixoloji işin gücləndirilməsi, risk qrupuna daxil olan uşaqların müəyyənləşdirilməsi, təhlükəsizlik işlərinin gücləndirilməsi, sinif rəhbərlərinin fəaliyyətinə nəzarətin artırılması və valideynlərlə maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.