“Temperamentin tədqiqi” adlı psixoloji-diaqnostik iş aparılıb
01.02.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin psixoloqu Sevinc Abdullayeva VII sinif şagirdləri ilə görüş keçirib. Görüşdə məktəb psixoloqu şagirdlərin hansı temperament tipinə aid olduğunu müəyyənləşdirmək üçün “Temperamentin tədqiqi” adlı diaqnostik iş aparıb. Temperamentin-psixi fəaliyyətin dinamik xarakteristikası kimi şəxsiyyətin istiqamətini, münasibətlərini, əxlaqi görüşlərini, motivlərini və s izah etdiyini diqqətə alsaq bu diaqnostika uşaqlarla işin təşkilində mühim rol oynayır.