Silsilə valideyn iclasları keçirilib

Birinci yarım ilin yekunlaşması, yarım illik şagird nailiyyətləri barədə məlumatların valideynlərlə paylaşılması, növbəti yarım il üçün məktəb tərəfindən valideynlərlə təşkil ediləcək əməkdaşlıq işlərinin planlaşdırılması, şagirdlərin təhlükəsizliyinin valideynlərlə qarşılıqlı ünsiyyət şəraitində qorunması, təhlükə doğuracaq amillərin öncədən qarşısının alınması məqsədi ilə valideynlərin maarifləndirilməsi və s kimi məsələlərin birgə müzakirəsi üçün 96 nömrəli tam orta məktəbdə sinif paralelləri üzrə silsilə valideyn iclasları keçirilib. İclaslarda məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimləri iştirak ediblər.