Texniki heyətlə görüş keçirilib

29.01.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə texniki heyətlə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Mahirə Rüstəmova, təsərrüfat müdiri Aşafatma Ağakişiyeva, təşkilatçı Nigar Süleymanova, həmkarlar təşkilatının sədri Səbinə Cəfərova, texniki heyət, laborantlar, gözətçilər və s iştirak ediblər. Görüşdə bir çox məsələlər müzakirə olunub. Bunların sırasında məktəbin təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin gücləndirilməsi, şagirdlərlə və valideynlərlə etiket qaydaları çərçivəsində münasibətlərin qurulması, məktəb binasının təmiz və səliqəli saxlanılması və s məsələlər yer alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi