20 Yanvar-Qan yaddaşımız

19.01.2024-cü il tarixdə məktəbimizin kitabxanasında 20 Yanvar faciəsinin anım günü ilə əlaqədar “20 Yanvar-Qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib. Kitabxana müdiri Ofeliya İsmayılova və kitabxanaçı Təranə Cəfərovanın təşkilatçılığı ilə həyata keçirilən dəyirmi masada Sabunçu rayon MKS-dən olan kitabxana işçiləri də iştirak ediblər. Tədbirdə məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva da şagirdlərlə məlumat mübadiləsi aparıb. Uşaqların tarixin qanlı səhifəsi barədə əhatəli təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi