20 Yanvar-Ümumxalq Hüzn Günüdür
Bu faciədən 34 il ötüb. Qan yaddaşımızda yaşayan bu gün hər il ümumtəhsil məktəblərində yada salınaraq yetişən nəslə tarixi faciəmizi ununtmamağı təşviq edir. Məhz bu səbəblə, 18.01.2024-cü il tarixdə məktəbin 7”B” sinif şagirdləri təşkilatçı Nigar Süleymanova və müəllim Məltəm Babayeva ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Uşaqlar o qanlı şənbə gecəsi faciəvi şəkildə həlak olan şəhidlərimizin məzarları önünə qırmızı qərənfillər düzüblər.