Layihəmizin könüllüləri təltif olunub

30.12.2023-cü il tarixdə məktəbimizdə artıq 3 ildir ki, icra olunan "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin könüllüləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşün məqsədi layihənin bu tədris ilindəki yarım illik fəaliyyətini təhlil etmək, layihədə iştirak edən valideynləri dinləmək, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmək və eyni zamanda, öz təşkilatçılığı, fəallığı ilə fərqlənən könüllü valideynləri "Təşəkkürnamə" ilə təltif etmək olub. Görüşün sonunda könüllü valideynlər ilə məktəb rəhbərliyi xatirə fotosu çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi