Bir qrup pedaqoji və texniki heyət təltif olunub
29.12.2023-cü il tarixdə məktəb rəhbərliyi pedaqoji və texniki heyətlə görüş keçirib. Görüşün məqsədi əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmək, eyni zamanda, 2023-cü ildə yubiley yaşlarını qeyd edən və başa çatmaqda olan təqvim ilində öz fəaliyyəti, intizamı və məsuliyyəti ilə fərqlənmiş bir qrup pedaqoji və texniki heyəti "təşəkkürnamə" ilə təltif etmək olub.