Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin iclası olub
19.12.2023-cü il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov Sabunçu rayonunda yerləşən məktəb rəhbərləri ilə görüş keçirib. Görüş 96 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Görüşün məqsədi məktəb direktorları ilə birgə məktəblərdə fəaliyyət göstərən həmkarlar təşkilatının və təşkilat sədrlərinin fəaliyyətini müzakirə etmək və onlarla birgə təşkilat sədrlərinin növbəti seçki prosesinin icrasını planlaşdırmaq olub. Görüş məhsuldar fikir mübadiləsi şəraitində keçib. Direktorlar təşkilatın işinin daha da stimullaşdırılması üçün öz təklif və arzularını bildiriblər.