VI Qrant Müsabiqəsinin qalibi olmuş layihəmizin davamlılığı təmin olunur

Ötən tədris ilində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinə təqdim etdiyimiz Sensor İnteqrasiya layihəsi məktəb nominasiyası üzrə qalib olmuşdur və layihə rəhbəri Mehriban Hacıyevanın rəhbərliyi ilə uğurla icra olunmuşdur. Lakin, həyata keçirmiş olduğumuz bu layihənin davamlılığını bundan sonra da təmin etmək layihə komandası üçün prioritet istiqamət hesab edilir. Elə məhz bu məqsədlə 18.12.2023-cü il tarixdə məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən qrant vəsaiti hesabına yaradılmış duyğu bütünləmə otağında korreksiya məşğələləri həyata keçirilib. Layihəyə cəlb edilmiş və ötən tədris ilində davamlı olaraq duyğu bütünləmə məşğələlərində iştirak etmiş şagirdlərimizlə bu ildə müəyyən qrafik əsasında eyni istiqamətdə işlər aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi