Anam ilk müəllimim, müəllimim ikinci anamdır

BŞTİ-nin "Ailəm və məktəbim" layihəsinin icrası istiqamətində 15.12.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə "Anam ilk müəllimim, müəllimim ikinci anamdır" adlı tədbir həyata keçirilib. Tədbirə II-IX sinif paralellərində hər sinifdən 3 nəfər olmaqla valideynlər cəlb olunublar. Öncə valideynlər siniflərdə "Ailəm və məktəbim" mövzusunda təşkilat saatı təşkil ediblər. Bu dəfə əvvəlki təşkilat saatlarından fərqli olaraq mövzunu müəllimin əvəzinə valideynlər tədris edib. Dərslərdə sinif rəhbərləri və məktəb rəhbərliyinin nümayəndələri də dinləyici kimi iştirak ediblər. Dərslər bitdikdən sonra valideynlər, sinif rəhbərləri və məktəb rəhbərliyi məktəbin bufetində çay süfrəsi arxasında, səmimi bir atmosferdə toplaşıblar. Valideynlər bir müəllim obrazını canlandırmağın, sinfə, övladlarının qarşısına valideyn kimi yox, müəllim kimi daxil olmağın onlara yaşatdığı hisləri rəhbərliklə və müəllimlərlə bölüşüblər. Təşkilat saatında şagirdlərə tədris olunan "Ailəm və məktəbim" mövzusu ətrafında uşaqların ifadə etdikləri maraqlı fikirlər və dərsdə nümayiş etdirdikləri fəal iştirak da valideynləri çox məmnun edib. Müzakirələr zamanı məktəb və valideynlər arasında səmərəli əməkdaşlığın gələcək perspektiv istiqamətləri də gündəmdə olub. Valideynlər öz çıxışlarında bu cür layihələrin zamanla şagirdlər üçün məktəbi daha doğma bir yerə çevirdiyini və onların daha həvəslə məktəbə gəldiklərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi