Fizikadan daha bir dərs nümunəsi
Dərsdinləmələrin aparılması və əhatəli təhlili müəllimlərin metodik bacarıqlarının və səriştələrinin inkişaf etməsində böyük rol oynayır. Bu məqsədlə növbəti dərsdinləmə 8"C" sinfində aparılıb. Müəllim Xatirə Rzayevanın tədris etdiyi fizika dərsinin mövzusu "Doyan və doymayan buxar. Qaynama" olub. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və psixoloq Sevinc Abdullayeva tərəfindən dinlənilib. Dərsin müzakirəsi aparılarkən müəllimə konstruktiv rəy də verilib.