Rəqəmsal KSQ-lər davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170229799065770186e51057.00927814.jpg)
BŞTİ-nin müvafiq təlimatına, məktəbin Pedaqoji Şurasının qərarına əsasən ötən tədris ilindən etibarən V, VI və VII sinif paralellərində BSQ-lər rəqəmsal təşkil olunur. BSQ-lərin təşkilində yarana biləcək texniki problemlərin öncədən aradan qaldırılması, şagirdlərin psixoloji hazırlığının təmin olunması və təhsilalanlarda İKT vərdişlərinin formalaşması üçün həmin sinif paralellərində KSQ-lərin də rəqəmsal təşkil olunması qərara alınıb və bu proses uğurla tətbiq olunur.