12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım günüdür

08.12.2023-cü ildə Azərbaycan İstiqlal Muzeyinin elmi kütləvi işlər şöbəsinin elmi işçisi Ramida Mamedova məktəbimizdə olaraq V sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı görüş keçirib. Görüşdə məktəbin təşkilatçısı Nigar Süleymanova və müəllimlər də iştirak ediblər. Tədbirdə şagirdlərlə birgə Heydər Əliyevin vətənə fəda olunmuş əsl vətəndaş mövqeli ömür yoluna bir daha nəzər salınıb. Onun xalqı üçün, milləti üçün gördüyü işlər xatırlanıb. Şagirdlərin xatirəsində yaşayan Heydər Əliyevin xilaskar obrazı bir daha elə məhz onların təqdimatları ilə hərtərəfli işıqlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi