V,VI,VII siniflərdə rəqəmsal KSQ-lər təşkil olunur
Təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təlim nəticələrinə dair hesabatlılığın daha çevik aparılması, rəqəmsal beynəlxalq qiymətləndirmə tədqiqatlarına şagirdlərin hazırlığının təmin olunması məqsədi ilə məktəbimizdə BŞTİ-nin təlimatına əsasən ötən tədris ilində V və VI, bu tədris ilində isə V, VI və VII siniflərdə Böyük Summativ Qiymətləndirmənin rəqəmsal aparılması nəzərdə tutulub. Məhz rəqəmsal BSQ-lərə hazırlıq məqsədi ilə həmin sinif paralellərində nümunə kimi rəqəmsal KSQ-lər təşkil olunur.