Şagirdlər profilaktik xarakterli müayinə edilib

Son dövrlər yoluxucu virus infeksiyalarının artması, qızılca, suçiçəyi xəstəliklərinə çoxlu sayda yoluxma faktlarının aşkarlanması ilə bağlı məktəblərdə də şagirdlərə diqqət və nəzarət artıb. Bu barədə informasiya daxil olan gündən məktəbimizdə də şagird qəbulunda bütün şagirdlərin hərarəti yoxlanılıb. Siniflərdə şagirdlərlə profilaktik söhbətlər aparılıb.

06.12.2023-cü il tarixdə məktəbin tibb bacısı Aidə Muradova siniflərdə olub, şagirdlərin gigiyenik və ümumi fiziki vəziyyətinə baxış keçirib. Onlarla yoluxucu virus infeksiyalarından qorunma yolları barədə maarifləndirici söhbət aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi