IX siniflərdə ikinci məktəbdaxili monitorinq təşkil edilib
30.11.2023-cü il tarixdə IX siniflərdə buraxılış imtahanına hazırlıq istiqamətində şagird irəliləyişini ölçmək və risk qrupları ilə aparılan əlavə işin məhsuldarlıq əmsalını müəyyənləşdirmək üçün ikinci məktəbdaxili monitorinq keçirilib. Monitorinq ana dili, ingilis dili və riyaziyyat fənləri üzrə təşkil edilib. Əvvəlcədən siniflərə təhkim olunmuş qeyri-ixtisas müəllimlərindən ibarət nəzarətçi qrupu monitorinqin obyektiv və şəffaf keçirilməsi üçün imtahanı təlimata uyğun təşkil ediblər. Nəticələr təhlil olunduqdan sonra IX siniflərlə əlavə iş planında müəyyən dəyişikliklər ediləcək.