"Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib
29.11.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin və 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "Heydər Əliyev və Azərbaycan təhsili" adlı möhtəşəm bir tədbir keçirilib. Tədbirdə Bakı şəhəri üzrə rayon komitə sədrləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, müəllimlər və tərbiyəçilər iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi və Ulu Öndərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Konfrans Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədovun hesabat xarakterli çıxışı ilə açıq elan olunub. Daha sonra məruzələr dinlənilib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissə başlayıb. Sabunçu rayon məktəblilərinin ifasında şeirlər, mahnılar ifa olunub. Dahi lider haqqında video material nümayiş olunub. Sonda 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyevanın çıxışı ilə konfrans öz işini başa çatdırıb.