Ana dili fənindən nümunə dərs dinlənilib
28.11.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin 5"C" sinfində ana dili fənnindən nümunə dərs dinlənilib. Dərs müəllim Ülviyyə Musayevanın təqdimatında olub. Dərsin mövzusu "Rəmzə çevrilmiş adlar" olub. Nümunə dərs Azərbaycan dili və ədəbiyyatı fənn aylığı çərçivəsində təqdim olunub. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və fənn birləşmə sədri Ofeliya Məmmədova tərəfindən dinlənilib.