"Hər cür zorakılığa qarşıyıq!" adlı tədbir keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1701156583656596e72aea88.25875025.jpg)
28.11.2023-cü il tarixdə 96 nömrəli məktəbdə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın reallaşdırılması istiqamətində X sinif şagirdləri ilə maarifləndirici seminar keçirilib. Seminarı məktəbin psixoloqu Sevinc Abdullayeva və məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçısı Nigar Süleymanova təşkil edib. Tədbirdə şagirdlərə məişət zorakılığı və onun növləri barədə ətraflı məlumat verilib. Mövzu ilə əlaqədar video material nümayiş olunub. Zorakılıqdan qorunmağın hüquqi yolları izah edilib. Zorakılığa məruz,qalmış insanların psixologiyasındakı mənfi təzahürlərdən söz açılıb.