"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələ
Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə ümumi təhsil müəssisələrində VIII və IX sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda göndərilmiş proqram əsasında dərs məşğələləri təşkil edilir. 27.11. 2023-cü il tarixdə 96 nömrəli məktəbdə VIII sinif şagirdləri ilə "Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır" mövzusunda 2-ci məşğələ keçirilib. Məşğələni tibb bacısı Aidə Muradova və məktəbin psixoloqu Sevinc Abdullayeva aparıb. Görüşdə məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Nigar Süleymanova da şagirdlərə sağlam və özünə düzgün qulluq edən insanların yaratdığı ictimai təəssürat və müsbət aura barədə məlumat verib. Məşğələ qızlarla və oğlanlarla fərqli saatlarda təşkil olunub.