İnsan alverinin qurbanı olmayaq!

25.11.2023-cü il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində "İnsan alverinin qurbanı olmayaq" adlı maraqlı bir tədbir keçirilib. Tədbirdə məktəbimizin müəllimi Şəlalə Səmədova insanların istismarı dedikdə nəzərdə tutulan nüanslar barədə şagirdlərə məlumat verib. Psixoloq Sevinc Abdullayeva insan alveri qurbanlarını aşkara çıxaracaq əlamətlərin haqqında uşaqlara bilgi verib. Uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Nigar Süleymanova isə onlara bu cür istismar hallarından özlərini qorumağın mümkün yolları barədə danışıb və cəmiyyətimizdəki insanların insan alveri qurbanı olmaması üçün öncə bu hallar barədə məlumatlı olmağın vacibliyini və belə hallarla rastlaşacaqları anda dərhal 152 qaynar xətti ilə əlaqə saxlamağın zərurətini uşaqlara izah edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi