İlqar Əliyevin doğum günü qeyd edilib
25 noyabr 96 nömrəli tam orta məktəbin adını qürurla, fəxrlə daşıdığı şəhidi İlqar Əliyevin doğum günüdür . Bu günü ölümsüzləşdirmək məqsədi ilə hər il məktəbimizdə müxtəlif şagird təqdimatları və maraqlı tədbirlər keçirilir. 25.11.2023-cü il tarixdə ənənəyə sadiq qalınaraq akt zalında təntənəli bir tədbir təşkil olunub. İlqar Əliyevin həyat və döyüş yoluna uşaqların ifaları və çıxışları, video materialların nümayişi ilə bir daha nəzər salınıb.Tədbirin sonunda şəhidimizin xatirə lövhəsi önündə dördüncülər məktəbin Uşaq Birliyi Təşkilatına üzv olmaq üçün təntənəli şəkildə and içiblər.