"Bəşəriyyətin bəlası" adlı debat keçirilib

21.11.2023-cü il tarixdə 96 nömrəli məktəbin 8"A" sinfində təşkilat saatı çərçivəsində məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı Nigar Süleymanova, psixoloq Sevinc Abdullayeva, müəllim Aytən Məmmədova və sinif şagirdlərin iştirakı ilə "Bəşəriyyətin bəlası" adlı debat keçirilib. Şagirdləri pis vərdişlərdən, narkotik və psixotrop maddələrdən uzaq tutmaq, onları narkomaniyanın fəsadları, narkotik maddələrin insan orqanizminə zərərli təsirləri barədə maarifləndirmək məqsədi daşıyan bu debatda şagirdlər fəal iştirak edib, öz fikirlərini bir- biri ilə paylaşıb, onları maraqlandıran sualları məktəb psixoloquna ünvanlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi