Bu tədris ilinin ikinci pedaqoji şura iclası keçirilib

20.11.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilinin ikinci pedaqoji şura iclası keçirilib. İclasın gündəliyində dayanan məsələlər aşağıdakılar olub:

1. Buraxılış siniflərində aparılmış məktəbdaxili monitorinqlərin təhlili. Risk qrupları ilə görülmüş işlərin hesabatı

2. 2023-2024-cü tədris ilinin birinci yarım ilində sinif paralelləri üzrə aparılacaq BSQ qiymətləndirmə cədvəlinin müzakirəsi və təsdiqi

3. Tədrisin keyfiyyətinin ölçülməsi məqsədi ilə şagirdlərlə aparılmış onlayn sorğu nəticələrinin təhlili

4. Oktyabr-noyabr aylarında məktəbdə Dərs Müşahidə Qrupunun üzvləri və rəhbərlik tərəfindən dinlənilmiş dərslərin təhlili və nəticə

5. Şagirdlərin dərsə davamiyyəti, punktuallığı üzrə oktyabr-noyabr aylarının statistik təhlili.

6. Oktyabr-noyabr aylarında məktəbin fəaliyyət planı çərçivəsində həyata keçirilmiş tədbirlər, layihələr və müsabiqələr üzrə yekun hesabat.

7. Məktəb inventarlarının saxlanması vəziyyəti, istiliklə bağlı cari vəziyyət və s barədə təsərrüfat hesabatı.

Şurada gündəlikdə yer almış məsələlər istiqamətində məktəbin direktoru Mehriban Hacıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Nigar Süleymanova, təsərrüfat işləri üzrə direktor müavini Aşafatma Ağakişiyeva və Dərs Müşahidə Qrupunun üzvü Şəlalə Səmədovanın çıxışları dinlənilib. Hər bir çıxışdan sonra qərar hissə səsə qoyulub və müvafiq şura qərarları qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi