Şagirdimiz şeir müsabiqəsinin qalibi olub

Oxucular arasında mütaliənin təbliği, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanması, uşaq, yeniyetmə və gənclərdə müasir Azərbaycan və dünya ədəbiyyatına marağın oyadılması məqsədi ilə MKS-nin mərkəzi kitabxanasında Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqə kitabxanaların məktəbyaşlı oxucuları arasında təşkil olunub. Məktəbimizin 7"A" sinif şagird Yağmur Abdullazadə də bu müsabiqədə iştirak edib və 1-ci yerin qalibi olub. Müsabiqənin təltifetmə mərasimi 15.11.2023-cü il tarixdə keçirilib. İştirakçılar Bakı Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanı, qaliblər isə eyni dərəcəli diplomu ilə təltif olunublar. Mərasimin sonunda Xalq şairi Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən video material nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi