Payız məktəbi çərçivəsində valideynlərlə "Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda görüş
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17003935106559f226d34939.92674771.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində valideynlər üçün "Payız məktəbi" layihəsi həyata keçirilib. Məqsəd uşaqların payız tətili günlərində məktəb-valideyn kommunikasiyasını aktivləşdirmək və müxtəlif mövzularda valideynlərlə interaktiv görüşlər keçirmək olub. "Payız məktəbi" layihəsinə qoşulan məktəblərdən biri də 96 nömrəli tam orta məktəb olub. 16.11.2023 və 17.11.2023-cü il tarixlərində məktəbdə "Ümidli gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin psixoloqları Aynur Məmmədova və Günel Süleymanova "Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda valideynlərlə maarifləndirici görüş keçiriblər. 16.11.2023-cü il tarixdə təşkil edilmiş görüşdə 96 nömrəli tam orta məktəbin 200-dən çox valideyni iştirak edib. 17.11.2023-cü il tarixdə baş tutan görüşdə isə Sabunçu rayonunun 94, 107, 74, 72, 169, 271, 309, 80, 310 və 252 nömrəli məktəblərinin valideynləri iştirak ediblər. Görüşdə valideynlərə Uşaq Müdafiəsi Sisteminin kodeksi, uşaq təhlükəsizliyinin təmin edilməsi yolları, müxtəlif yaş psixologiyasına uyğun olaraq uşaqlarla ünsiyyətin və tərbiyəvi dialoqun qurulması formaları və s mövzular ətrafında maarifləndirici söhbət aparılıb. Görüşün praktiki hissəsində valideynlərin sualları cavablandırılıb, onların öz fərdi keysləri üzərindən çıxış yolları müəyyənləşdirilib, bəzi nüanslar birgə müzakirə edilib. Tədbir məhsuldar fikir mübadiləsi və interaktiv diskussiya şəraitində keçib.