"Milli musiqimiz milli-mədəni dəyərimizdir" mövzusunda debat

14.11.2023-cü il tarixdə məktəbimizdə BŞTİ-nin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq edilmiş"Dəyərlərimizi qoruyaq" layihəsinin icrası istiqamətində "Milli musiqimiz milli-mədəni dəyərimizdir" adlı debat keçirilib. VI sinif şagirdləri ilə musiqi dərsi çərçivəsində təşkil olunan bu debat məktəbin musiqi müəllimi Səbinə Əzimi və psixoloqu Sevinc Abdullayevanın koordinatorluğu ilə reallaşdırılıb. Şagirdlər interaktiv diskussiya şəraitində musiqi tariximizə nəzər salıb, görkəmli musiqi xadimlərimizi yada salıb, musiqinin insan psixologiyasına müsbət təsirindən söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi