Kimyadan maraqlı bir dərs
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16999841506553b3161eeac6.53677735.jpg)
14.11.2023-cü il tarixdə 9"C" sinfində kimyadan maraqlı bir dərs dinlənilib. Müəllim Şəbnəm Rəhimovanın təqdim etdiyi bu dərsin mövzusu "Xrom", reallaşdırılmalı məzmun standartı 3.1.1.( Metallar və qeyri metallar, onların mühim birləşmələrinə, sadə üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrə münasibət bildirir.), təlim məqsədi (nəticəsi) isə "Xroma aid təcrübə və müşahidələr apararaq müvafiq reaksiya tənlikləri tərtib edir, öz müşahidələri əsasında müqayisələr aparır" olub. Dərs bitdikdən sonra müəllimin iştirakı ilə dərsin təhlili aparılıb.