Şagirdimiz Uşaq İncəsənət Festivalında 1-ci olub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/169994398965531635691aa1.06730640.jpg)
Məktəbimizin 7"A" sinif şagirdi Abdullazadə Yağmur Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Uşaq İncəsənət Festivalında bədii qiraət nominasiyası üzrə iştirak edərək 1-ci yerin qalibi olub. BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə həyata keçirilmiş 3 mərhələli bu festivalın final mərhələsinin qalibləri 13.11.2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində təşkil edilmiş mükafatlandırma və bağlanış mərasimində iştirak ediblər. Qalib şagirdimiz diplom və hədiyyə ilə mükafatlandırılıb.