"İdmansevərlər" layihəsi çərçivəsində tədbirlərimiz davam edir
2023-cü ilin noyabr-dekabr aylarında məktəbimizdə BŞTİ-nin "İdmansevərlər" layihəsi çərçivəsində tərtib edilmiş tədbirlər planına əsasən nəzərdə tutulmuş işlərin icrası davam edir və edəcək. Elə bu məqsədlə 04.11.2023-cü il tarixdə 8"B" və 8"C" sinif şagirdləri arasında voleybol, 6"B" və 6"A" sinif şagirdləri arasında isə estafet yarışları keçirilib. Qaliblər diplomlarla təltif olunub.