Zəfər Günü ərəfəsində ekskursiya təşkil edilib

"27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü" ilə bağlı BŞTİ-nin tədbirlər planı çərçivəsində görülən işlər istiqamətində 06.11.2023-cü il tarixdə məktəbimizin V və VII sinif şagirdlərinin Hərbi Qənimətlər parkına ekskursiyası təşkil edilib. Şagirdlər məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Nigar Süleymanovanın rəhbərliyi ilə parkdakı eksponantlarla yaxından tanış olublar.