Zəfər Gününə həsr edilmiş divar qəzetləri və bülletenlər buraxılıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı" na əsasən məktəbimizdə "Şanlı Zəfər qürur mənbəyimizdir" mövzusunda divar qəzetləri və bülletenlər buraxılıb. Eyni zamanda Böyük Zəfərimizə həsr edilmiş şagirdlərimizin əl işlərindən və rəsmlərindən ibarət sərgi təşkil edilib.