"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çərçivə sənədi istiqamətində şagirdlər ilə görüş

07.11.2023-cü il tarixdə məktəbimizdə ötən tədris ilindən icrasına başlanılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinin tətbiqi istiqamətində yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Mehriban Hacıyeva, təlim- tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, məktəbin psixoloqu Sevinc Abdullayeva və UBTR Kəmalə Sadıqova iştirak ediblər. Görüşdə şagirdlərlə davranış qaydaları, etik normalar, sinifdaxili və məktəbdaxili münasibətlər, düzgün komunikasiya və s barədə maarifləndirici söhbət aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi