Sinif təşkilat saatları Şanlı Zəfərə həsr olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş "27 sentyabr-Anım Günü və 8 noyabr-Zəfər Günü" ilə bağlı Tədbirlər Planına əsasən bütün ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. 04 noyabr 2023-cü il tarixdə məktəbimizin 6"C" sinfində Nəzakət Əzizzadənin rəhbərliyi ilə həyata keçirilmiş "Tarix yazanlar" adlı sinif təşkilat saatı da bu səpkidə olub. Tədbirdə sinif rəhbəri Nəzakət Əzizzadə işğaldan azad olunmuş torpaqlarımız barədə məlumat verib. Şagirdlərin təqdimatında şeir və mahnılar dinlənilib. İstedadlı şagirdlərin Zəfər Gününə həsr olunmuş maraqlı rəsmləri də nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi