Olimpiadaların məktəb turu keçirilib

4.11.2023-cü ildə 96 nömrəli məktəbin fəaliyyət planına əsasən istedadlı şagirdlərin aşkara çıxarılması və onların Respublika Fənn Olimpiadalarının , Məktəblilərarası Fənn Müsabiqələrinin və Riyaziyyat- Məntiq Olimpiadasının şəhər turunda iştiraklarını təmin etmək məqsədi ilə IX-XI siniflər üzrə riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix fənlərini əhatə etməklə Respublika Fənn Olimpiadalarının, VII siniflər üzrə riyaziyyat, fizika, kimya, VI siniflər üzrə riyaziyyat, informatika, təbiət fənlərini əhatə etməklə Məktəblilərarası Fənn Müsabiqələrinin , V siniflər üzrə isə riyazi məntiqi əhatə etməklə Riyaziyyat-Məntiq Olimpiadasının məktəb turu keçirilib. Müxtəlif siniflərdən ayrı-ayrı fənlər üzrə bilik və bacarıqları ilə fərqlənən istedadlı şagirdlər məktəb turunda iştirak ediblər. Məktəb turunun qalibi olan şagirdlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçiriləcək şəhər turunda iştirak hüququ əldə edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi