"Zəfər xatirələri" adlı tədbir keçirilib

02.11.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının, 4 saylı Bakı Asan Xidmət Mərkəzinin və 96 nömrəli tam orta məktəbin təşkilatçılağı ilə "Zəfər xatirələri" adlı tədbir keçirilib. Tədbirə Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev də dəvət edilib.Tədbir dövlət himninin səslənməsi ilə başlayıb.Daha sonra Vətən Müharibəsində şəhid olan oğulların müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, 4 saylı Bakı Asan Xidmət Mərkəzinin direktoru Arzu Mirzəyeva, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva tədbirin məqsədi və mövzu ətrafında əhatəli çıxış ediblər. Çıxışlar bitdikdən sonra söz Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevə verilib. Anar Mirzəyev 44 günlük müharibə dövründə hafizəsinə hopmuş zəfər xatirələrindən və bu böyük qələbəyə gedən çətin yoldan söz açıb. Şagirdlərin sualları cavablandırılıb. Sonra uşaqların ifalarında mahnı və şeirlər dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi