Hüquqlarımızı bilmək niyə vacibdir?

30.10.2023-cü il tarixdə məktəbimizdə 20 oktyabr- 20 noyabr "Uşaq Hüquqları" aylığı çərçivəsində "Hüquqlarımızı öyrənək və bilək" adlı maarifləndirici diskusiya keçirilib. Tədbirdə təşkilatçı Nigar Süleymanova şagirdlərə "Uşaq Hüquqları Günü"nün yaranma tarixinin Uşaq Hüquqları Konvensiyasının qəbul olunması ilə bağlı olduğu barədə ətraflı məlumat verib. O həm də uşaqların öz hüquqlarını bilməsinin vacibliyi və dünyanın hər bir yerində qəbul edilmiş bu sənədlə şagirdlərin hərtərəfli tanış olmağının əhəmiyyəti haqqında danışıb. Uşaqların bu mövzuda təqdimatları, fikirləri dinlənilib. Onların rəsmlərindən ibarət sərgi təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi