"Uşaq hüquqları" aylığı çərçivəsində işlər davam edir

20 oktyabr-20 noyabr "Uşaq hüquqları" aylığıdır. Bu aylıq çərçivəsində şagirdlərlə müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib. Bu səpkidə işlər hələ də davam edir. 30.10.2023-cü il tarixdə bu mövzuda təsviri incəsənət fənni üzrə nümunə dərs təqdim edilib. Müəllim Sevda Həsənovanın təqdimatında keçirilmış dərsdə şagirdlər öz hüquqlarını əks etdirən rəsmlər çəkiblər. Rənglərin dili ilə bütün hüquqlarının qorunduğu xoşbəxt bir dünya tərənnüm edən 8"A" sinif şagirdləri öz təsvirləri ilə maraqlı fikir mübadiləsi aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi