Məktəbimizdə daxili keyfiyyət təminatı üzrə pilot layihənin icrası məqsədi ilə monitorinq

30.10.2023-cü il tarixdə məktəbdaxili keyfiyyət təminatı məqsədi ilə həyata keçirilən pilot layihənin icrası istiqamətində görülən işlərin qiymətləndirilməsi üçün TKTA-nın baş inspektoru Leyla Qasımova 96 nömrəli məktəbdə olub. Leyla xanımın iştirakı ilə aşağıdakı fəaliyyətlərin icrasına baxış keçirilib:

1. Şagirdlərin təlim nəticələrinin çərçivə sənədinə əsasən dəyərləndirilməsi

2.Şagirdlərin həftəlik davranış və nizam-intizamının meyarlar üzrə dəyərləndirilməsi

3. Dərs müşahahidəsinə dair qeydlərin dəyərləndirilməsi

4.Məktəbdə şagirdlərin bullinqə məruz qalıb-qalmamasını müəyyən etmək üçün keçirilmiş şagird sorğusunun dəyərləndirilməsi

Görülən işlərin təhlili ilə yanaşı Leyla Qasımova məktəbin direktoru Mehriban Hacıyeva və məktəbdaxili əmrlə fəaliyyət göstərən dərs müşahidə qrupunun üzvləri ilə dərsdinləmələr təşkil edib, dinlənilmiş dərslərin əhatəli müzakirəsi aparılıb. Görüş məhsuldar və səmərəli olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi