Növbəti monitorinq
30.10.2023-cü il tarixdə BŞTİ-nin təqdim etdiyi materiallar əsasında IX və VI sinif paralellərində 3 fənn üzrə - Azərbaycan dili, ingilis dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. Monitorinq materialları şagirdlərə iki variantda verilib. Öncədən müəyyən edilmiş nəzarətçilər siniflərə təhkim edilib. Monitorinq 6"A", 6"B",6"C" və IX"A", IX"B", IX"C" siniflərində eyni vaxtda başlayıb.Məqsəd VI sinif proqramına uyğun olan bu tapşırıqların VI və IX sinif şagirdləri tərəfindən hansı səviyyədə həll ediləcəyini müəyyən etmək olub.