"Bullinq və onun növləri" barədə maarifləndirici dərs

Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli prosesdir. Hər bir məktəb öz fəaliyyət planlarında bullinqin profilaktikası işinə ən vacib məsələ kimi yanaşır və dərs ili boyu bu məqsədlə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. 96 nömrəli məktəbdə də bu mövzuda davamlı tədbirlər həyata keçirilir. 6"A" sinfində məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən təşkil edilmiş "Bullinq və onun növləri" adlı maarifləndirici dərs də belə tədbirlərdəndir. Dərs zamanı şagirdlər məktəbdə və cəmiyyətdə rastlaşa biləcəyi bullinqin bütün növləri və onlardan qorunma yolları barədə ətraflı məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi