"Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin məktəb turu

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllimləri aşkara çıxarmaq və qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədi ilə BŞTİ-nin 26.09.2023-cü il tarixli 3-29-59/3-2-321F/2023 nömrəli əmri ilə keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" təqdimat müsabiqəsinin məktəb turu 26.10.2023-cü il tarixdə 96 nömrəli məktəbin kitabxanasında təşkil edilib. Müsabiqəyə öz yaradıcı işini təqdim etmək istəyən müəllimlər məktəb turunda məktəbin direktoru Mehriban Hacıyeva, təşkilatçısı Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova və fənn birləşmə rəhbərlərinin iştirakı ilə dinlənilib. Tezislər və təqdimatlar detallı şəkildə gözdən keçirilib. Meyarlara uyğun hesab edilən novator, kreativ işlər şəhər mərhələsində iştirak üçün istiqamətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi