"Uşaq hüquqları" aylığı çərçivəsində şagird təqdimatları dinlənilib

20 oktyabr-20 noyabr "Uşaq hüquqları" aylığı çərçivəsində dördüncülərin təqdimatları dinlənilib. Uşaqlar beynəlxalq konvensiyalarda əksini tapmış və dövlətimizin də tərəfdar çıxdığı uşaq hüquqlarının hər biri barədə yoldaşlarına geniş məlumat veriblər. Bir-birindən öyrənən şagirdlər təqdimat boyunca maraqlı fikir mübadiləsi aparıblar. Tədbir uşaqların hazırladıqları əyləncəli səhnəciklə başa çatıb. Şagirdləri dinləyən məktəbin təşkilatçısı Nigar Süleymanova, psixoloq Sevinc Abduılayeva və sinif müəllimi Gülarə Hüseynova fərqlənən şagirdlərə diplomlar təqdim ediblər.