"Uşaqlar və hüquqları" adlı debat

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2023-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Bütün ümumi təhsil müəssisələrində olduğu kimi, 96 nömrəli tam orta məktəbdə də bu aylıq çərçivəsində uşaqlarla maarifləndirici və öyrədici fəaliyyətlər həyata keçirilir. Məhz bu istiqamətdə görülmüş işlərdən biri 25.10.2023-cü il tarixdə VI sinif şagirdləri ilə "Uşaqlar və hüquqları" mövzusunda təşkil edilmiş debat olub. Debata koordinatorluğu məktəbin psixoloqu Sevinc Abdullayeva və UBTR Kəmalə Sadıqova edib. Uşaqlar öz hüquqları barədə qarşılıqlı fikir mübadiləsi aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi