"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" pilot layihəsinin monitorinqi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıqda icra etdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi ” adlı pilot layihənin ilkin olaraq tətbiq edildiyi məktəblərdən biri də 96 nömrəli məktəbdir. Ötən tədris ilində icrasına başlanılmış layihə istiqamətində işlər bu il də uğurla tətbiq edilir. Layihə çərçivəsində sentyabr-oktyabr aylarında görülmüş işlərlə və qeydə alınmış situasiyalarla tanış olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şəhanə Bağırova 25.10.2023-cü il tarixdə məktəbimizdə olub. Şəhanə xanım layihə üzrə məktəbin məsul komandasının üzvləri ilə vəziyyəti müzakirə etdikdən sonra siniflərdə olub, şagirdlərlə söhbət aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi