"Təhlükəsiz informasiya axtarışı" mövzusunda dərs

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə "Ümumitəhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələr üzrə metodiki vəsait" əsasında 24.10.2023-cü il tarixdə IX siniflərdə ilk dərs məşğələsi təşkil edilib. Dərsin mövzusu "Təhlükəsiz informasiya axtarışı" olub. Dərs məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloqu Sevinc Abdullayevanın təqdimatında təşkil edilib. Maarifləndirici məşğələ oğlan və qızlar üçün ayrılıqda keçirilib.Şagirdlərə mövzu ətrafında geniş məlumat verilib. Video materiallar nümayiş etdirilib. Bəzi nüanslar onlarla birgə müzakirə edilib.